Modern.az

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Bakı-Sumqayıt qatarının hərəkət qrafiki dəyişdirilir

Aktual

19 Aprel 2019, 16:21

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, sərnişinlərin istək və təkliflərini nəzərə alaraq 22 aprel 2019-cu ildən etibarən Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki dəyişdirilir.

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb.

Eləcə də Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir