Modern.az

Jiru “Çelsi”nin tarxinə adını yazdırdı

 Jiru “Çelsi”nin tarxinə adını yazdırdı

19 Aprel 2019, 17:50

İngiltərənin “Çelsi” klubu Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda öz meydanında Praqa “Slaviya”sını 4:3 hesabıyla məğlub edib.

 

Modern.az xəbər verir ki, sözügedən qarşılaşma “zadəganlar”ın futbolçusu Olivye Jiru üçün əlamətdar olub. 

Fransız futbolçu bu görüşdə bir qol vuraraq, “Çelsi”nin bir mövsümdə avrokuboklarda ən çox qol vuran futbolçusu olub. 32 yaşlı forvardın hesabında hal-hazırda 10 qol var.

 

Qeyd edək ki, Jirudan əvvəl bu rekord Fernando Torresə aid idi. İspan hücumçu 2012-13 mövsümündə avrokuboklarda “Çelsi”də 9 qola imza atmışdı.

 

Novruz NOVRUZLU

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü