Modern.az

Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı

Şəmkirdə ağır qəza: 1 ölü, 3 yaralı

19 Aprel 2019, 23:03

Şəmkir rayonunda ağır yol qəzası baş verib.

Modern.az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes-Benz" markalı minik avtomobili "VAZ-2107" markalı avtomobillə toqquşub.

Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir