Modern.az

Xətaidə anbarda başlayan yanğın söndürüldü

Xətaidə anbarda başlayan yanğın söndürüldü

19 Aprel 2019, 23:19

Paytaxtın Xətai rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, ümumi sahəsi 600 kvadratmetr olan istifadəyə yararsız anbarın yanar konstruksiyaları və içərisində taxta tullantıları 120 kvadratmetr sahədə yanıb.

Məlumata görə, anbarın qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Twitter
Sizə yeni tvit var
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı