Modern.az

Yunanıstan Almaniyadan təzminat tələb edir

Yunanıstan Almaniyadan təzminat tələb edir

19 Aprel 2019, 23:56

Yunanıstan Almaniyadan təzminat tələb edir.

Modern.az xarici mediaya istinadən xəbər veir ki, Yunanıstan baş naziri Alksis Çipras 2-ci dünya müharibəsində Yunanıstanı işğal zamanı dəymiş ziyana görə Almaniyadan 300 milyard dollar təzminat tələb edib.

Baş nazir bunu tələb etməyin Yunanıstanın tarixi və əxlaqi borcu olduğunu deyib.

Çipras məsələ ilə bağlı rəsmi Berlinə nota veriləcəyini də vurğulayıb.

Almaniya hökuməti isə təzminat ödənilməsi lazım olan ölkələrə 1650-ci illərdə bütün ödənişlərin edildiyini bildirib. Hətta bununla bağlı Yunanıstanla müqavilə imzalandığı da qeyd edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi