Modern.az

ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi

ABŞ əsgəri ölümündən 75 il sonra dəfn edildi

Aktual

20 Aprel 2019, 00:47

ABŞ-ın Hərbi Dəniz Qüvvələrinin İkinci Dünya müharibəsi zamanı həlak olan hərbi qulluqçusu ölümündən 75 il sonra İndiana ştatında dəfn edilib.

Modern.az "Report"a istinadən xəbər verir ki, Sıravi Fred Frit 1943-cü ilin noyabrında 18 yaşında Qilberta (indiki Kiribati respublikası) adalarında, Betio yaxınlığında döyüş zamanı həlak olub. Onun cəsədi həmin vaxt tapılmayıb və Frit rəsmən 1949-cu ildə həlak olmuş elan edilib.

Əsgərin cəsədi yalnız 72 il sonra - 2015-ci ildə döyüşlərdə itkin düşən Amerika əsgərlərinin axtarışı ilə məşğul olan "History Flight" təşkilatının səyləri nəticəsində tapılıb. Cəsədin Fritə məxsus olmasını müəyyənləşdirmək DNT analizi nəticəsində mümkün olub.

Daha əvvəl Əfqanıstanda ABŞ əsgərlərinə hücum edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir