Modern.az

Futbol dahisi Messinin şöhrətin zirvəsinə gedən yolu – FAKTLAR+SİTATLAR    

Futbol dahisi Messinin şöhrətin zirvəsinə gedən yolu – FAKTLAR+SİTATLAR    

20 Aprel 2019, 09:32

 

Leo Messi futbol tarixinə adını artıq 10 ildən çoxdur ki, qızıl hərflərlə yazdırıb və hər ötən gün, ay və il  bu davam edir. Bu dəfə Messinin karyerasından, qazandığı uğurlardan yox, onun haqqındada vacib və maraqlı hadisələr barədə məlimat veriləcək.

 

Uşaqlıq illəri

Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olmuşdur. Atası Jorge Horasio Messi polad fabrikində işləyirdi, anası Selia Mariya Kusittini isə xidmətçi idi. Messinin mənşəyi ata tərəfdən İtaliyanın Ankona şəhərinə gedib çıxırdı. Belə ki, onun ulu babası Ancelo Messi 1883-cü ildə İtaliydan Argentinaya köçmüşdü. Rodriqo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var. 

 

Canlı əfsanının kiçik futbola ilk gəlişi

Hələ yaşı az olarkən Leo futbola maraq göstərməyə başlamışdı. Beş yaşında olarkən Messi atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başladı. 1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan "Nyuels Old Boyz" klubuna keçdi. O, komandanın gənc ulduzuna çevrildi və orada Messi təvəllüdünə uyğun olaraq "87-ci ilin maşını" ləqəbi ilə məşhurlaşdı.

 

Xəstəlik və “Barselona”

11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyuldu və yerli klublardan "River Pleyt" Messinin müalicəsinə kömək etmək istəsə də, ayda 900 $ məbləği ödəyə bilməyəcəyini bildirdi. "Barselona"nın idman direktoru Messinin Kataloniyada yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi və bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırdı və atasına salfet kağızında yazılmış müqavilə təklif etdi. Müqaviləyə görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini "Barselona" öz üzərinə götürəcəkdi. Messi və atası qeyd edilən vaxtda Barselonaya köçdü və Messi klubun gənclər akademiyasına daxil oldu. Klub onu müalicəsini qəbul etdi və Messinin boyu artdı. Sonrası məlum məsələdi hamıya, çünki akademiyaya daxil olduğu gündən bu günə qədər Leo ardıcıllıqla “Barselona” klubunda, şəhərdə, İsapaniyada və sonra da dünyada məhşur oldu.

 

Messi haqqında deyilən SİTATLAR

1.Raul : Bir gün onun oyunlarından birini izlədim. O 100 %-lik sürətlə qaçırdı. Bilmirəm, topa neçə dəfə toxundu, beş ya da altı, ancaq top onun ayağına yapışmışdı. Praktiki olaraq, bu mümkün deyil.
2.Antonio Kassano : Ronaldinyo Kriştiano Ronaldudan yaxşıdır, amma heç biri Leo Messi qədər yaxşı oynamır.
3.Mario Balotelli : Məndən daha güclü sadəcə bir futbolçu var: Messi. Qalan hər kəs məndən geridədir.
4.Fabio Kapello : Mən futbol meydançasında onun kimisini görməmişəm. O başqa futbolçuların hətta ağlına gətirə bilməyəcəkləri şeyləri edir.
5.Serxio Aquero : Messi Ronaldinyodan üstündür. Hazırda dünyanın ən yaxşı futbolçusudur və bunu deyən sadəcə mən deyiləm. Onun oyununu izləyən hər kəs bunu deyir.
6.Rafael Van Der Vaart : Yaxşı ki, mən müdafiəçi deyiləm, çünki Messiyə qarşı oynayacağımı biləndə iki həftə gözümə yuxu getmirdi.
7.Dieqo Maradona : Mən ona görə çox sevinirəm. O dahi uşaqdır. O buna layiqdir. O Ronaldudan sonra ikinci olanda ona dedim ki, axırıncı dəfədir ki, səni ikinci yerdə görürəm. Ondan sonra 4 dəfə dalba-dal qızıl topa sahib oldu.
8.Arsene Venger : dünyanın ən Yaxşı oyunçusu? – Lionel Messi. Bütün zamanların ən yaxşı oyunçusu – Lionel Messi.9.Joze Maurinyo : Messinin qarşısını almaq üçün onu meydanda qəfəsə salmaq lazımdır.

 

Messi haqqında maraqlı FAKTLAR

1.
Bir vaxtlar Kataloniyada nəşr olunan qəzetlərdəki yazıların 70 faizi Messi ilə bağlı olub. 2. Messinin evinin və özünün xarici görünüşü ilə həyat yoldaşı Antanella məşğul olur. Bunu özü etiraf edib.(Antenella Messinin uşaqlıq sevgilsi olub. 3. İspan qadınlarının diqqətini Messidən çox Ronaldu çəkirdi, ancaq Latın Amerikasındakı qadınlar demək olar ki, tam bir Messi dəlisidir. 4. Karakasda keçirilən Argentina və Venesuela yığmaları arasında görüşdə bir qadın fanat 5 metr hündürlükdən tullanaraq Messini öpmək istəyib və ondan oğlunun xaç atası olmasını xahiş edib, ancaq futbolçu bu təklifi rədd edib. 5. Messi Aqueronun oğlu (Maradonnanın nəvəsi) Benjaminin xaç atasıdır. 6. Peşəkar karyerasında Messi yalnız bir dəfə, Macarıstan – Argentina görüşündə qırmızı vərəqə alıb və meydandan qovulub. 7. Doğma ölkəsində bəzilərinin Messiyə münasibət bir qədər soyuqdur, buna sübut kimi onun 2012-ci ildə Argentinada “ilin idmançısı” seçimində boksçu Serxio Martinesə məğlub olması göstərilir. 8. Messinin ilk və son avtoqraf aldığı şəxs, tenisçi Rocer Federerdir.

 

Novruz NOVRUZLU

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi