Modern.az

Binəqədidə qadın meyiti tapılıb

Binəqədidə qadın meyiti tapılıb

Aktual

20 Aprel 2019, 17:20

Binəqədidə mənzildə 71 yaşlı qadın meyiti tapılıb.

 

Modern.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə,nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1948-ci il təvəllüdlü Hümbətova Enfira Hümbət qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat başa çatıb.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
9 May faşizm üzərində qələbə günü Sakinlərin fikirlərini öyrəndik