Modern.az

Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır

Belarus Rusiya neftinin keyfiyyətindən narazıdır

20 Aprel 2019, 17:52

Belarusun “Belneftxim” konserni bəyan edib ki, “Dostluq” boru kəməri ilə ölkəyə daxil olan Rusiyanın “Urals” ixrac neft qarışığının keyfiyyəti kəskin aşağı düşüb.

 

Konsernin bəyanatına əsasən, daxil olan neftdə orqanik xlor birləşmələrinin miqdarı həddən artıq çoxdur ki, bu da neft emal zavodlarının fəaliyyətinin texnoloji rejimlərinin pozulmasına gətirib çıxara bilər.

Rusiyanın “Transneft” şirkətindən isə bildiriblər ki, şirkət sutkalıq olaraq orqanik xloridlərin mövcudluğunun göstəricilərini monitorinq edir, həmçinin kirlənmə mənbəyini təyin etmək üçün arbitraj nümunələri keçirir.

 

(“Report”)

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər