Modern.az

Bill Qeytsin varidatı 100 milyard dolları ötdü

Bill Qeytsin varidatı 100 milyard dolları ötdü

20 Aprel 2019, 21:59

Bill Qeytsin varidatı 20 ildə ilk dəfə 100 milyard dolları ötüb. Bu, “Microsoft”un səhmlərinin qiymətinin artması ilə izah edilir.

 Modern.az xarici KİV-lərə istinadla xəbər verir ki, hazırda Bill Qeyts dünyanın ən zəngin insanlarının siyahısında ikinci yeri tutur.

“Amazon” internet şirkətinin qurucusu Ceff Bezos liderdir. Onun sərvəti 153,2 milyard dollar təşkil edir. Bill Qeyts 1996-dan 2007-ci ilədək və 2009-dan 2016-cı ilədək planetin ən zəngin insanı adına layiq görülüb. O, 2008-ci ilin iyununadək “Microsoft”un direktoru olub, indi isə direktorlar şurasının sədri vəzifəsində çalışır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu