Modern.az

Xalça muzeyində ustad dərsi

Xalça muzeyində ustad dərsi

Mədəni̇yyət

10 Sentyabr 2009, 11:16

Sentyabrın 14-də Lətif Kərimov adina Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyində “Dəyişən zaman, dəyişməyən dəyərlər” mövzusunda Ustad Dərsi və dəyirmi masa keçiriləcək Məlumatı Modern.az-a muzeyin elmi katibi Gülşən Hüseynova verib. O, bildirib ki, Ustad dərsi və dəyirmi masa Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Muzeyinin, Beynəlxalq Muzeyler Şurasının Azərbaycan Milli Komitəsinin təşəbbüsü ilə “Azərbaycan Respublikasında yaşlıların təhsili” proqramı çərçhivəsində təşkil ediləcək. Tədbirdə unudulmaqda olan xalça texnologiyalarının yaşdılması və onların müasir interpretasiyası mövzuları ishıqlandırılacaq, xalq ənənələrinə söykənən moda nümayişi, bədii tikmə nümunələri nümayiş etdiriləcək, eyni zamanda, xalq sənəti ustaları ilə iş adamları arasında Azərbaycan xalçasını yad meyllərdən, saxtakarlıqlardan qorumaq meqsədilə müzakirələr aparılacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı