Modern.az

Tanınmış telejurnalist Xəyal Tağıyev haradadır?

Tanınmış telejurnalist Xəyal Tağıyev haradadır?

10 Sentyabr 2009, 12:16

Vaxitilə media sahəsində çalışan kəsərli qələmi, eləcə də aparıcılıq qabliyyətilə oxucular, tamaşaçılar tərəfindən böyük rəğbət qazanmış bir çox tanınmış jurnalistlər artıq mediadan uzaqlaşıb. Həmin şəxslərin hazırda harada olmaları və hansı fəaliyyət sahəsində çalışmaları hər birimiz üçün maraqlıdır. Bu, həm də oxucular üçün çox maraqlı olar.
Modern.az saytı vaxtilə jurnalistika sahəsində çalışan və öz istedadı, bacarığı ilə böyük oxucu, tamaşaçı auditoriyasının rəğbətini qazanmış şəxslərin hazırda hansı işlə məşğul olmasını araşdıracaq.
 Belə jurnalistlərdən biri də Xəyal Tağıyevdir. O, vaxtilə ANS telekanalında bir sıra müəllif verilişlərinin aparıcısı idi. Araşdirmamız zamanı məlum oldu ki, bu yaxınlaradək "İnternews-Azərbaycan" təşkilatında çalışan həmkarımız hazırda Rusiyadadır. Moskvada yaşayan X.Tağıyevin orada konkret olaraq hansı işlə məşğul olduğunu isə öyrənə bilmədik.

 

Aqil LƏTİFOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu