Modern.az

Xilasedicilər çoxdan axtarılan iki nəfərin meyitini tapıblar

Xilasedicilər çoxdan axtarılan iki nəfərin meyitini tapıblar

11 Sentyabr 2009, 10:27

Sentyabrın 4-də Kür çayının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində, nəzarət olunmayan ərazidə intihar etdiyi ehtimal olunan 1958-ci il təvəllüdlü Elbrus Mürsəl oğlu Əliyevin axtarışları başa çatıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, həmin şəxsin cəsədi xilasedicilər tərəfindən batdığı yerdən 1,5 km aralıda tapılaraq sudan çıxarılıb və yaxınlarına təhvil verilib.
Yuxarı Qarabağ kanalının Yevlax rayonunun Kövər kəndi ərazisindən keçən hissəsində, nəzarət olunmayan ərazidə 1958-ci il təvəllüdlü Zilfuzə İsfəndiyar qızı Əliyevanın cəsədini isə xilasedicilər batdığı yerdən 6 km aralıda, həmin kanalın Bərdə rayonunun Mirzalıbəyli kəndi ərazisindən keçən hissəsində tapıblar. Z.Əliyevanın da intihar etdiyi ehtimal olunur.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu