Modern.az

Canavar niyə yalquzaq olur?

Canavar niyə yalquzaq olur?

11 Sentyabr 2009, 13:26

Bütün canlıların özünəməxsus davranışı və həyat tərzi var. Heyvanların davranışı kortəbii olmur və onların həyatını izləyənlər bunu dəfələrlə sübut ediblər. Bu mənada bioloq Zaman Novruzovun canavarlar barədə gəldiyi qənaət çöx maraqlıdır. Modern.az bioloqun fikirlərini oxuculara təqdim edir.  
Canavarlar təbiətdə yeganə canlı varlıqlardı ki, erkək dişiyə, yaxud da əksinə, xəyanət etmir. Onlardan biri öldükdə dıgəri dəstədən ayrılır, ömrünün sonuna qədər də tənha yaşayır və yalquzağa çevrilir.  
Canavarların çox maraqlı və pozulmaz “qanunları” var. Onlar həmin “qanunlardan” kənar addım atmırlar. Qaydaları pozan  canavarı dəstənin qarşısında digər qurdlar parçalayar. Canavar dəstəsinin başçısı bütün mənalarda dəstə üzvlərindən çevik olur. Görəndə ki, qocalıb, dəstədə ondan bacarıqlısı var, “əmr verir” dəstə üzvləri onu parçalasınlar. Bundan sonra dəstənin qabağına uzanır. Dəstə üzvləri bu “əmri” yerinə yetirməyə borcludurlar.
Zaman Novruzov xatirələrində qeyd edir ki, ömrünü meşələrdə, dağlarda keçirsə də, bir dəfə olsun canavar leşinə rast gəlməyib. Bu məsələ bioloqu çox maraqlandırdığından araşdırma aparıb. Təcrübəli ovçularla müzakirələrdən sonra məlum olub ki, canavarlar hansısa səbəbdən ölümcül vəziyyətdə olan qurdların leşini təbiətə buraxmır, onu yeyirlər. Z.Novruzov yazır ki, bir dəfə təcrübəli ovçular bir canavarı öldürürlər. Üstündən az keçməmiş görürlər ki, bir neçə canavar ölmüş qurdun leşini yeyirlər ki, onun təbiətdə izi qalmasın...

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi