Modern.az

Gənc İstehlakçı klubları yaradılacaq

Gənc İstehlakçı klubları yaradılacaq

11 Sentyabr 2009, 14:38

2009-cu ilin yanvar ayından Avropa Komissiyasının dəstəklədiyi aparıcı beynəlxalq istehlakçı təşkilatı Consumers İnternational və milli koordinator olan Azad İstehlakçılar Birliyi Bələdiyyələrin sosial və ekoloji imkanlarının genişləndirilməsi layihəsi həyata keçirir. Layihə Hacıqabul, Sabirabad. Salyan, Saatlı, Neftçala rayonlarının hər birində 10 kəndi əhatə edir. Məqsəd mərkəzdən uzaq kəndlərin sosial iqtisadi problemlərinin həllində  bələdiyyələrə kömək etməkdir. Məlumatı Modern.az-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov verib. Onun sözlərinə görə layihə çərçivəsində həmçinin maarifləndirmə işi aparılacaq: “24 iyul 2009-cu ildə ölkə Prezidentinin fərmanı ilə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçı Hüquqlarının Qorunması üzrə Dövlət Xidməti yaradılıb. Bu fərmanı dəstəkləmək və istehlakçı hüquqları barədə geniş məlumat vermək üçün  Azad İstehlakçılar Birliyi adı çəkilən rayonların kənd məktəblərində treninqlər keçirəcək. Treninqlərin keçirilməsi Təhsil Nazirliyinin dəstəyi ilə baş tutacaq”.
İki gündən sonra Eyyub Hüseynov kənd məktəblərinə gedəcək və Gənc İstehlakçı klublarının yaradılmasına start veriləcək.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir