Modern.az

Deputat Jalə Əliyevanın köməkçisi Nurcan Səmədova: “Köməkçilər nə qədər gənc olsa, bir o qədər yaxşıdır”

Deputat Jalə Əliyevanın köməkçisi Nurcan Səmədova: “Köməkçilər nə qədər gənc olsa, bir o qədər yaxşıdır”

15 Sentyabr 2009, 10:45

 

“DEPUTAT KÖMƏKÇİLƏRİ” RUBRİKASININ NÖVBƏTİ QONAĞI MİLLƏT VƏKİLİ JALƏ ƏLİYEVANIN KÖMƏKÇİSİ NURCAN SƏMƏDOVADIR

 

 

 

 

 

 

 

 

 

 

 

- Sizin üçün deputat köməkçisi işləmək çətin deyil ki? - Hər bir işin özünəməxsus çətinliyi var. Deputat köməkçisi institutu yenidir və burada müəyyən çatışmazlıqların olması təbiidir. Hesab edirəm ki, köməkçi vəzifəsi bir qədər çətin və məsuliyyətlidir. Çünki bu vəzifə deputatla köməkçi arasında bir körpüdür. Seçicilərimizə telefon nömrələrimiz paylanıb. Həm Jalə xanımın, həm də mənim telefonum 24 saat açıq olur ki, seçicilərimiz problemlərini bizə çatdıra bilsin. Deputat köməkçisi vəzifəsi həm də maraqlıdır. İki köməkçi olsaydı bu, çox gözəl və bir qədər rahat olardı. Çünki işimiz həqiqətən çoxdur. Demək olar ki, ayın 10 gününü rayonda oluram. Biz köməkçilər elə şərait yaradırıq ki, seçicilər deputata deyə bilmədiyi sözlərini bizə desinlər. - Qadın rəhbərlərlə işləməyin bir qədər çətin olduğu söylənilir. Bu mənada Jalə xanımla işləmək çətindirmi?

- Xeyir, bu, belə deyil. Jalə xanım çox gözəl və səmimi insandır. Onunla işləmək heç də çətin deyil. Biz bir sıra problemlərimizi də paylaşırıq.

- Deputat köməkçilərilə əlaqələriniz necədir?

- Bir çox deputat köməkçilərilə münasibətim var. Biz tez-tez bir yerdə seminarlarda iştirak edirik ki, bu da münasibətlərimizin yaranmasçına kömək edir.

- Neçə millət vəkilinin köməkçisi xanımdır?

- Doqquz millət vəkilinin, Səməd Seyidovun, Ziyad Səmədzadənin, Qənirə Paşayevanın, Məjlum Şükürovün, Madər Müsayevin, Əkrəm Abdullayevin və digər millət vəkilərinin köməkçiləri xanımlardır.

- Qadın köməkçi olaraq sizin seçicilərlə görüşünüzdə hansısa çətinliklər yaranmır ki?

- Əvvələr müəyyən çətinliklər yaranırdı. Seçicilərlə görüşümüz çox çətin idi. İndi isə bu məsələlər bir qədər yoluna düşüb.

- Seçicilər necə, sizi deputatın bir nümayəndəsi kimi qəbul edirmi?

- Tam olaraq qəbul etmirlər. Çünki hələ ki, bu ilk institutdur. Hesab edirəm ki, gələcəkdə bu institutun fəaliyyəti daha da təkmilləşəcək və seçicilər bizi qəbul edəcək.

- Seçicilər daha çox hansı problemlərlə bağlı sizə müraciət edirlər?

- Əsasən ev və iş məsələsilə bağlı bizə müraciət edirlər. İmkan qədər onların problemlərini həll edirik. Jalə xanım hər bir seçicinin probleminə fərdi yanaşır. Eynı zamanda imkan yaradır ki, hər bir seçici öz millət vəkilinə dərdini deyə bilsin.

- Dediyinizdən görünür ki, başınız çox qarışıqdı. Bir xanım olaraq şəxsi işlərinizə vaxt ayıra bilirisinizmi?

- Şənbə, bazar günləri, eləcə də işdən sonra öz şəxsi işlərimlə, habelə ev işlərilə məşğul oluram.

- Jalə xanım necə, özünə vaxt ayıra bilirmi?

- Deməzdim ki, mənim deputatım özünə saatlarla vaxt ayırır. Lakin Jalə xanım səliqəli görünməsinə xüsusi fikir verir. Xanım deputat təbii ki, gözəl görünməlidir.

- Deputatın fəal olması köməkçinin fəallıgından asılı olur. Hər il Parlament Jurnalistlər Birliyi fəal, qeyri-fəal deputatları müəyyənləşdirmək üçün sorğu keçirir. Jalə xanımın adı fəalların sırasında olmadığına görə özünüzü təqsirkar hesab edirsinizmi?

- Həmin sorğunun nəticələrindən razı qalmadım. Çünki bir çox fəal deputatlar vardı ki, onların adı həmin siyahıda yox idi. Hesab etmirəm ki, Jalə xanım fəal deyil. Biz kifayət qədər aktiv iş görürük.

- Nurcan xanım, böyük dövlətlərdə yüksək postlara deputat köməkçisi vəzifəsindən gəlirlər. Üfüqdə nə görünür?

- Xarici ölkələrdə bir çox deputatlar daha öncə köməkçi olublar. Hələ ki, gəncəm və bu barədə danışmaq tezdir. Jalə xanımın yanında böyük təcrübə keçirəm.

- Bir sıra deputat köməkçiləri var ki, çox yaşlıdılar. Sizin buna münasibətiniz necədir?

- Hesab edirəm ki, deputat köməkçiləri nə qədər gənc olsa, bir o qədər yaxışıdır. Çünki gənc kadrlar daha enerjili, daha çevikdirlər. Qocalığa görə dünyasını dəyişən köməkçi olub. İndi elə köməkçı var ki, adicə kompüterlə işləməyi bacarmır.

 

Aqil LƏTİFOV

 

 

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi