Modern.az

Qafqaz Universitetini bitirən məzunların 80 faizi işlə təmin olunub

Qafqaz Universitetini bitirən məzunların 80 faizi  işlə təmin olunub

15 Sentyabr 2009, 14:11

Qafqaz Universitetində yeni tədris ilinin başlanması ilə əlaqədar tədbir keçirilib. Modern.az-ın məlumatına görə, Universitetinin rektoru, professor Ahmet Sanic deyib ki, rəhbəri olduğu ali təhsil müəssisəsinin əsas məqsədi cəmiyyət üçün keyfiyyətli kadrlar yetişdirməkdir. A.Sanic vurğulayıb ki, Qafqaz Universitetinin məzunlarının böyük bir qismi müxtəlif dövlət qurumlarında məsul vəzifələrdə çalışır: «Məzunlarının işlə təmin olunması nisbətinə görə universitet haqlı olaraq qürur hissi keçirir. 1998-ci ildə ilk yetirmələrinin işlə təmin olunmasına nail olan universitet sonrakı illərdə də məzunlarının taleyinə biganə qalmır. Bu məqsədlə  qurulan xüsusi mərkəzin səyləri nəticəsində ştvşngvgl universitetimzi bitirən tələbələrin 80 faizi artıq işlə təmin olunub, geriyə qalan qisminin böyük əksəriyyəti isə ölkə daxilində və xaricində magistratura və doktorantura pillələrində təhsillərini davam etdirir. Universitetdəki ciddi nizam-intizamı, güclü maddi-texniki bazanı, eləcə də obyektivliyi təqdir edən şirkətlərin özləri birbaşa bizə müraciət edir. BP-nin Azərbaycan nümayəndəliyinin təşəbbüsü ilə bağlanmış müqaviləyə əsasən şirkətin gələcək kadrlarını universitet tələbələri arasından seçməsi buradakı təhsilin keyfiyyətinin ən bariz dəlilidir».

 

Aqil LƏTİFOV

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...