Modern.az

Milli Məclisin spikeri İsveçrəyə gedəcək

Milli Məclisin spikeri İsveçrəyə gedəcək

15 Sentyabr 2009, 17:57

Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti sentyabrın 16-dan 18-dək İsveçrə Konfederasiyasında rəsmi səfərdə olacaq. Milli Məclisin
mətbuat  xidmətindən Modern.az-a verilən məlumata görə, n
ümayəndə heyətinin tərkibinə deputatlardan Çingiz Əsədullayev, Asim Mollazadə, Elton Məmmədov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.
Səfər müddətində Milli Məclisin nümayəndə heyəti İsveçrə Parlamentində olacaq, ölkənin Milli Şurasının sədri Çiara Simoneski-Kortezi, Dövlətlər Şurasının sədri Alan Berse, İsveçrə-Azərbaycan Parlament Dostluq Qrupunun üzvləri və Federal Şuranın üzvü, Xarici Əlaqələr Departamentinin başçısı Mişelin Kalmi Rey ilə bir sıra görüşlər keçirəcək.
Görüşlərdə ölkələrimizarası əlaqələr, parlamentlər səviyyəsində əməkdaşlığın inkişaf perspektivləri, qanun yaradıcılığı sahəsində təcrübə, informasiya mübadiləsi, Cənubi Qafqazda ictimai-siyasi vəziyyət və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi