“Aysu Qida Sənaye LTD” MMC-də “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin istehsalı zamanı aşkar edilmiş pozuntularla əlaqədar bu malların istehsalının və satışının dayandırılması, həmçinin ticarət şəbəkəsində satışdan çıxarılması barədə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Dövlət Xidməti tərəfindən göstərişin icrası davam etdirilir.
Modern.az xəbər verir ki, “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilərin ticarət şəbəkəsindən çıxarılması ilə əlaqədar İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti tərəfindən aparılan tədbirlər nəticəsində 6 ticarət obyektində 1217 litr həcmində müxtəlif adda “Aysu” əmtəə nişanlı su və sərinləşdirici içkilər aşkar edilib.