Modern.az

“Donuz qripi”nə qarşı yeni üsul tətbiq edilir

“Donuz qripi”nə qarşı yeni üsul tətbiq edilir

Dünya

16 Sentyabr 2009, 17:53

“Washington Post” xəbər verir ki, ABŞ-ın San-Fransisko şəhərində tədqiqatçılar “donuz qripi”nə qarşı mübarizədə yeni üsul tətbiq ediblər. Aparılmış tədqiqatlar nəticəsində sübuta yetirilib ki, “Tamiflu” preparatının narkotik tərkibli yeni inyeksiyası həyatı xilas edir, ən pis halda isə xəstəliyin müddətini qısaldır. Eksperimen dərmanın (narkotikin) tətbiqi zamanı onun venadaxili dozası qrip simptomlarını məhv edib. Bunu araşdırmaq üçün beş gün Asiyada “Tamiflu” həblərinin tədqiqatı da aparılıb. Nəticədə məlum olub ki, virusa yoluxan insanlar “Tamiflu” həblərini uda bilmir. Çünki xəstəlik həb şəklində qəbul edilən dərmanların bədən tərəfindən sorulmasına mane olur. “Tamiflu”nun maye forması isə virusla mübarizədə son dərəcə lazımlıdır. Bir neçə başqa tədqiqat da “Tamiflu”nun bu sahədə əhəmiyyətini göstərib. Virusa yoluxan yüzlərlə adama “Tamiflu” vurulub və onlardan təxminən 90 faiz sağalıb. Başqa bir tədqiqat isə göstərib ki, “Tamiflu” inyeksiyası həmçinin mövsümi qripdən can qurtarmaqda da kömək edir.  Xəstəliklərə nəzarət mərkəzinin məlumatına əsasən, hazırda 1 milyondan çox amerikalı “donuz qripi”nə yoluxub və onlardan 600- ü artıq ölüb.  Narkotik tərkibli “Tamiflu” inyeksiyası qripə bənzər simptomlarla xəstəxanaya yerləşdirilən hər kəs üçün məsləhət görülür. Bu dərmanla   müalicəyə xəstəlik simptomun biruzə verdiyi iki gün ərzində başlanmalıdır.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir