Modern.az

Səkkiz ayda ətraf mühiti çirkləndirənlərə qarşı 2232 akt və protokol tərtib edilib

Səkkiz ayda ətraf mühiti çirkləndirənlərə qarşı 2232 akt və protokol tərtib edilib

17 Sentyabr 2009, 09:41

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ətraf mühitin mühafizəsinə nəzarəti həyata keçirən qurumları 2009-cu ilin ötən 8 ayı ərzində hüquqi, fiziki şəxslər və vətəndaşlar tərəfindən yol verilmiş qanun pozuntularına görə 2232 akt və protokol tərtib edib, aşkarlanmış nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 698 icrası məcburi olan göstərişlər verib. Nazirliyin məlumatına görə, qanun pozuntusuna yol verdiklərinə görə hüquqi və fiziki şəxslərə qarşı, ümumilikdə 565 iş üzrə 1015484,6 manat məbləğində cərimə tətbiq edilib, ondan 163120,39 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 504 iş üzrə 1168921 manat məbləğində iddia qaldırılıb, ondan 40258,5 manat məbləğin ödənilməsi təmin olunub. İdarə və müəssisələrə 2447 iş üzrə 606706,65 manat məbləğində ödəmə tətbiq edilib, ondan 306985,78 manat məbləğin ödənilməsi təmin edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilmiş 78 işdən 36-na, məhkəmələrə göndərilmiş 129 işdən 37-nə, Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilmiş 373 işdən 53-nə baxılaraq müvafiq tədbirlər görülüb. 1 obyektin fəaliyyəti dayandırılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir