Modern.az

Prezident Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışında iştirak edib

Prezident Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışında iştirak edib

17 Sentyabr 2009, 13:18

Sentyabrın 17-də Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusunun açılışı olub. AzərTAc-ın məlumatına görə, Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva açılış mərasimində iştirak edib.
İlham Əliyev cərrahiyyə korpusunun açılışını bildirən lenti kəsərək və bina ilə yaxından tanış olub. Dövlətimizin başçısı cərrahiyyə korpusu ilə tanışlıqdan sonra kollektivi təbrik edbi, onlara işlərində uğurlar arzulayıb. Həkimlər səhiyyənin inkişafına göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Təməli 2006-cı ilin iyunun 1-də dövlət başçısının iştirakı ilə qoyulmuş Milli Onkologiya Mərkəzinin cərrahiyyə korpusu ən müasir üslubda inşa olunub. Birinci mərtəbədə qəbul şöbəsi, inzibati otaqlar, mühasibatlıq, dəftərxana, elmi hissə, kitabxana, kafe, market yerləşir. İkinci mərtəbədə ümumi onkologiya, üçüncü mərtəbədə onkoginekologiya və torakal-onkologiya, dördüncü mərtəbədə abdominal-onkologiya, beşinci mərtəbədə baş-burun şişləri və onkourologiya şöbələri, altıncı mərtəbədə reanimasiya şöbəsi, yeddinci mərtəbədə iki əməliyyat bloku yerləşir.
Bu tibb ocağı Almaniyanın ən müasir avadanlığı ilə təchiz edilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi