Modern.az

Ölkə başçısı Bakı-Quba avtomobil yolunun açılışında iştirak edib

Ölkə başçısı Bakı-Quba avtomobil yolunun açılışında iştirak edib

18 Sentyabr 2009, 11:40

Sentyabrın 18-də Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun açılış mərasimində iştirak edib. Məlumatı yolda yenidənqurma işlərini aparmış “Akkord” Şirkətlər Qrupunun mətbuat xidməti yayıb. Məlumata görə, 2008-ci ilin mayında start verilmiş bu layihədə “Akkord”un həyata keçirdiyi əsas iş Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 16-134-cü kilometrinin beton örtük tikməklə yenidən qurulması idi. Ötən dövr ərzində 118 kilometrlik ərazi boyu yola 28-30 santimetr qalınlığında beton döşənib, yolla kəsişən kommunikasiya xətləri dəyişdirilib, suötürücü qurğular, körpü və keçidlərin tikintisi layihə üzrə həyata keçirilib. Hazırda yolun Dəvəçi şəhəri ərazisindən keçən hissəsində - Dəvəçi çayı üzərində uzunluğu 544 metr, eni 23 metr, hündürlüyü 21 metr olan körpünün tikinisi davam etdirilir. Prezident beton yolun açılış mərasimindən sonra bu körpünün tamamlanması istiqamətində aparılan işlərlə də tanış olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir