Modern.az

Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

Şeyxülislam Hacı Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik edib

18 Sentyabr 2009, 13:05

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. QMİ-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, şeyx təbrikində Allah-Təaladan oruc və namazların qəbul, duaların müstəcab olmasını diləyib: «Şükürlər olsun ki, Allah-Təalanın buyurduqlarına əməl edən xalqımız ildən-ilə Ramazanın təlqin etdiyi bu gözəl cəhətlərə daha çox vaqif olur. Əlhəmdüllah, Uca Allahın istəyini qazanmaq üçün müsəlman qardaş və bacılarımız mübarək ay boyunca ibadətlərini sonsuz ehtiram, fərəh və səylə tamamlayaraq, Ramazan bayramına qovuşurlar. Allahın vacib hökmü olan oruc ibadətini başa vurmuş xalqımıza mübarək ayın fəzilət və bərəkətlərindən nəsib olsun”.

Xatırladaq ki, Qafqaz Müsəlmanları İdarəsi bu il bayram namazının 2 gün - sentyabrın 20-də və 21-də saat 10.00-da Təzəpir məscidində qılınacağını bəyan edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!