Modern.az

Prezident İlham Əliyev Qubada Heydər Əliyev muzeyi üçün tikilən yeni binada inşaat işlərinin gedişi ilə maraqlanıb

Prezident İlham Əliyev Qubada Heydər Əliyev muzeyi üçün tikilən yeni binada inşaat işlərinin gedişi ilə maraqlanıb

18 Sentyabr 2009, 13:32

Sentyabrın 18-də Quba rayonuna səfər edən Prezident İlham Əliyev orada Heydər Əliyev Muzeyi üçün inşa edilən yeni binanın tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına Heydər Əliyev Muzeyinin fondunun zənginləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verilib.
Qeyd olunub ki, muzeyin əvvəlki binasında görkəmli dövlət xadiminin həyat və fəaliyyətini əks etdirən üç bölmə fəaliyyət göstərir. Birinci bölmədə Heydər Əliyevin 1969-1982-ci, ikinci bölmədə 1993-2003-cü illərdə Azərbaycana rəhbərlik etdiyi dövrləri, üçüncü bölmədə isə onun Qubaya səfərlərini əks etdirən materiallar nümayiş olunur.
Muzeydə Heydər Əliyevin ölkəmizin beynəlxalq imicinin, müstəqilliyinin möhkəmləndirilməsi ilə bağlı əvəzsiz xidmətlərindən bəhs edən eksponatlara da geniş yer ayrılıb.
Prezidentə məlumat verilib ki, 2005-ci ildə yaradılan muzeyə gələn ziyarətçilərin sayı artmaqdadır. Təkcə cari ilin doqquz ayında muzeyi 17 min nəfər ziyarət edib. Hazırda Qubadakı Heydər Əliyev parkında muzeyin yeni binası tikilir. Bu ilin avqustunda təməli qoyulan yeni bina üçmərtəbəli olacaq.
Prezident İlham Əliyev muzeyin inşası və tərtibatı ilə bağlı tövsiyə və tapşırıqlarını verib.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir