Modern.az

Fransalı deputat: “Qarabağ probleminin həlli vacıbdir”

Fransalı deputat:  “Qarabağ probleminin həlli vacıbdir”

18 Sentyabr 2009, 15:54

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) və Fransanın «Avrasiya - Yeni Üfüqlər» Təşkilatı «Yeni geosiyasi reallıqlar prizmasından Xəzər dənizi regionunda təhlükəsizlik və stabillik» mövzusunda beynəlxalq konfrans keçirilib.

Modern.az saytının məlumatına görə, AVCİYA-nın vitse prezidenti Vəli Əlibəyov Azərbaycanın dünya siyasətində özünəməxsus yer tutduğunu və konfransın məqsədinin region üçün aktual suallara cavab tapmaq olduğunu bildirib. Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov tədbirin mühüm əhəmiyyət daşıdığını söyləyib: “Regionda müstəqil siyasət yürüdən yeganə ölkənin Azərbaycandır. İşğal altında olan torpaqlar Azərbaycanın inkişafı ilə bağlı narahatlıq doğurur”.

E.Aslanov Türkiyə-Ermənistan sərhədlərinin açılmasına dair Azərbaycan hakimiyyəti ilə partiyalar arasında müzakirələrin nəzərdə tutulmadığını söyləyib: «Türkiyə-Ermənistan sərhədlərinin açılması barədə  Azərbaycan hakimiyyəti ilə siyasi partiyalar arasında müzakirələrin aparılması gündəmdə deyil.  Bu yöndə mühüm məqamlar olduğu halda məsələ müzakirə obyektinə çevrilə bilər. Bir neçə gün əvvəl Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da deyib ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması Dağlıq Qarabağ konfliktinin həllindən əvvəl baş verə bilməz. Hazırda həm Ermənistanda, həm də Türkiyədə bununla bağlı müzakirələr aparılır. Ona görə də tələsməyə ehtiyac yoxdur».

Fransa Milli Assambleyasının deputatı, Fransanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü, Fransanın Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi, «Avrasiya - Yeni Üfüqlər» təşkilatının rəhbəri Tierri Mariani isə deyib ki, Ermənistan-Azərbaycan münaqişəsi daha artıq davam edə bilməz və bu problemin həlli vacibdir.

 

Aqil LƏTİFOV

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir