Modern.az

Dövlət Neft Şirkətində 25 min pensiyaçı çalışır

Dövlət Neft Şirkətində 25 min pensiyaçı çalışır

18 Sentyabr 2009, 17:54

Modern.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümovun spzlərinə görə, hazırda neft sənayesində çalışan pensiyaçıların sayı 25 min nəfərdir: «Azərbaycan öz müstəqilliyini qazandıqdan sonra milli sərvətimiz olan neft və neftçilərimizin əməyi ölkəmizə böyük uğurlar qazandırıb. Neftçilərə göstərilən dövlət qayğısının əyani göstəricilərindən biri də onların pensiya təminatı ilə bağlıdır və bu sahədən pensiyaya çıxanlar bir sıra imtiyazlara malikdirlər. Neft sənayesinin ağır əmək şəraiti olan sahələrində çalışanlar 5 il tez pensiyaya çıxmaq hüququ qazanırlar. Bundan başqa, neftçilərin orta aylıq pensiya məbləği də digər sahələrdə çalışan vətəndaşların pensiya məbləğindən yüksəkdir və hazırda bu məbləğ 309 manatdır».
DSMF sədri bildirib ki, bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ölkəmizdə qurulmuş yeni sığorta-pensiya sisteminin ən fəal iştirakçısıdır: “Şirkət həm fərdi uçot sistemində qeydiyyatda olan sığortaolunanların sayına, həm də məcburi dövlət sosial sığorta haqqının ödənişinə görə ən böyük  çəkiyə malikdir”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi