Modern.az

Saakaşvili: “Rusiya Qırğızıstanın işlərinə kobud müdaxilə edir”

Saakaşvili: “Rusiya Qırğızıstanın işlərinə kobud müdaxilə edir”

9 Aprel 2010, 09:37

Gürcüstan prezidenti Mixail Saakaşvili Rusiyanı Qırğızıstanın daxili işlərinə kobud müdaxilədə ittiham edir. Modern.az xarici mətbuata istnadla xəbər verir ki, bu barədə gürcü prezidentinin mətbuat katibi Manana Mancqaladze bildirib. Saakaşvili qeyd edir ki, yalnız qırğız xalqı özü hökuməti təşkil edə bilər. “Gürcüstan prezidenti Qırğızıstandakı hadisələri təəssüflə izləyir. Saakaşvili hesab edir ki, yalnız qırğız xalqı hökumətin tərkibində kimlərin təmsil olunmasına qərar verə bilər”,-deyə Mancqaladze bildirib.  Mətbuat katibi əlavə edib ki, əldə olunan və Kreml tərəfindən təkzib olunan məlumatlara görə, Rusiya Qırğızıstanın daxili işlərinə kobud müdaxilə edir.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır