Modern.az

Lex Kaçinski xanımı ilə birlikdə dəfn olunacaq

Lex Kaçinski xanımı ilə birlikdə dəfn olunacaq

12 Aprel 2010, 17:59

Polşa prezidenti Lex Kaçinski və onu Smolensk səfərində müşayiət etmiş xanımı Mariya Kaçinskaya bir yerdə dəfn olunacaq. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Polşa prezident administrasiyasının nümayəndəsi Yaşek Saşin bildirib. “Bizlərdən heç biri digər ssenari barədə fikirləşmir. Prezident cütlüyü  bir yerdə qalacaq və birlikdə dəfn olunacaq”,-deyə Polşa rəsmisi bildirib.

Kaçinskinin dəfn mərasimi şənbə günü olacaq. Lakin bu barədə son qərar hələlik qəbul olunmayıb. “Dəfnin dəqiq tarixi Rusiyadan bütün həlak olanların cənazəsi  gətiriləndən sonra elan olunacaq. Əgər həftənin ortalarına kimi onları gətirmək mümkün olsa, onda şənbə günü dəfn mərasiminin keçirilməsi real olacaq”,-deyə prezident administrasiyası rəsmisi bildirib.

Sabah Polşada Kaçinski ilə vidalaşma mərasimi başlayacaq.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir