Modern.az

Çexiyanın da Azərbaycanda səfirliyi olacaq

Çexiyanın da Azərbaycanda səfirliyi olacaq

24 Sentyabr 2009, 12:27

Azərbaycanda səfərdə olan Çexiya Senatının sədri Prşemısl Sobodkanın rəhbərlik etdiyi nümayəndə heyəti bu gün Milli Məclisdə olub. Jurnalistlərə açıqlamasında sədr qeyd edib ki, Azərbaycanla Çexiya arasında əlaqələrin hərtərəfli inkişafı ölkəsinin marağındadır. O, bildirib ki,yaxın vaxtlarda Çexiyanın Azərbaycanda diplomatik korpusu fəaliyyətə başlayacaq. Artıq Çexiyanın səfir təyin etdiyini və yeni səfirin Azərbaycanda olduğunu deyən senat sədri səfirliyin açılış mərasiminin noyabrın sonlarına planlaşdırıldığını da dilə gətirib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir