Modern.az

Lukaşenko Moskvanı cirnadır

Lukaşenko Moskvanı cirnadır

Dünya

26 Aprel 2010, 11:32

Belarus prezidenti Aleksandr Lukaşenko yenə də Moskvanı qıcıqlandırmaqdadır. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Lukaşenko Rusiya və Ermənistanın təmsil olunduğu hərbi blokun- Kollektiv Təhlükəsizlik Təşkilatının heç bir perspektivi olmadığını deyib. “Bu necə təşkilatdır ki, qurumda təmsil olunan ölkələrdən birində qan tökülür, dövlət çevrilişi baş verir və buna heç bir reaksiya yoxdur”,-deyə Lukaşenko bildirib. “Əgər bu cür davam edəcəksə, sizi əmin edim ki, KTT -nin perspektivi yoxdur”,-deyə Lukaşenko əlavə edib.

Onun sözlərinə görə, əgər KTT Qırğızıstanda baş verən hadisələrə reaksiya bildirə bilmirsə, bu KTT-nin necə təşkilat olduğunu göstərir.

Xatırladaq ki, Lukaşenko Qırğızıstanın devrilmiş  prezidenti Kumbek Bakiyevə sığınacaq verməklə də Moskvanı təəccübləndirib.  

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır