Modern.az

Kasyanov: “Putin prezidentliyə hazırlaşır”

Kasyanov: “Putin prezidentliyə hazırlaşır”

Dünya

27 Aprel 2010, 09:42

Rusiyanın sabiq baş naziri Mixail Kasyanovun sözlərinə görə, indki hökumət başçısı Vladimir Putin prezidentliyə hazırlaşır. Modern.az xəbər verir ki, bu barədə Kasyanov  BBC-yə verdiyi müsahibədə bildirib. Onun sözlərinə görə, Putin 2012-ci ildə Rusiya prezidenti vəzifəsinə qayıtmağa hazırlaşır.

Xatırladaq ki, Putinin prezidentliyi dövründə 2004-cü ildə Kasyanov baş nazir postundan uzaqlaşdırlıb. Bundan sonra isə Kasyanov siyasi müxalifət lideri olub.  

"Mən inanıram ki, o, artıq belə bir qərar verib. Bunu onun hərəkətləri də göstərir. O, artıq seçkiqabağı kampaniya zamanı olduğu kimi çıxışlar edir, adamlarla görüşür,  forumlarda iştirak edir" – deyə Kasyanov bildirib.

Qeyd edək ki, Putin özü prezident postuna qayıtmayacağını heç zaman deməyib. Kasyanovun bu bəyanatı bir daha göstərir ki, Rusiyanı əslində Dmitri Medvedyev yox,  Putin idarə edir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi