Modern.az

Bakıda çoxmərtəbəli binadan yıxılan iki qız ölüb

Bakıda çoxmərtəbəli binadan yıxılan iki qız ölüb

Təhsil

25 Sentyabr 2009, 13:34

Paytaxtın Xətai və Nərimanov rayonlarında baş verən bədbəxt hadisələr nəticəsində iki nəfər qız yüksəklikdən yıxılaraq ölüb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki,  sentyabrın 24-də Xətai rayonundakı M.Hadi küçəsində yaşayan Gövhər Kazımova yaşadığı evin 6-cı mərtəbəsindən liftin şaxtasına düşərək ölüb. Həmin gün saat 12.00 radələrində Nərimanov rayonundakı A.Nemətulla küçəsində yaşayan Xədicə Şahmarova isə ehtiyatsızlıqdan yaşadığı mənzilin 10-cu mərtəbəsindən yıxılıb. Nəticədə X.Şahmarova da dünyasını dəyişib. Hər iki faktla əlaqədar araşdırmalar aparılır.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi