Modern.az

Gəncənin 2503 yaşı münasibəti ilə şənliklər keçirilir

Gəncənin 2503 yaşı münasibəti  ilə şənliklər keçirilir

26 Sentyabr 2009, 16:24

Sentyabrın 26-da Gəncə şəhərində müxtəlif tədbirlərə start verilib. Əsasən şənlik mərasimlərindən ibarət olan tədbirlər Gəncə şəhərinin 2503 illiyi münasibətilə təşkil edilib. Sentyabrın 26-da carçılar bütün şəhər əhalisinə səslənərək onları bayram tədbirlərinə dəvət ediblər. Musiqi müşayəti altında şəhərin mərkəzi küçələri ilə dolaşan carçıları motosiklelər və maşınlar müşayət edib.
İki gün davam edəcək bayram şənliklərinin proqramına Heydər Əliyevin abidəsinin, Cavad Xanın və Nizami Gəncəvinin məqbərəsinin ziyarət edilməsi, Nizami Poeziya bayramının keçirilməsi, Mir Cəlal Paşaevin ev-muzeyində Gəncə Dövlət Kamera Orkestrinin iştirakı ilə konsert proqramının təşkili, «Sərdar bağı» mədəniyyət və istirahət parkında yerli incəsənət usalarının çıxışı, Füzul və və "İstiqlal» parkında konsert daxildir. Bundan başqa, Gəncə daravazaları önündə bayram tədbir, Mərkəzi meydanda parad-şou və atəşfəşanlıq da şənlik proqramlarına daxildir.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi