Modern.az

Jurnalist Xoşqədəm Hidayətqızı ilə FOTOSÖHBƏT

Jurnalist Xoşqədəm Hidayətqızı ilə FOTOSÖHBƏT

Fotosöhbət

13 Avqust 2015, 13:25

Tanınmış jurnalist Xoşqədəm Hidayət qızı Baxşəliyeva 13 yanvar tarixində keçmiş Ağdərə rayonunun Narışlar kəndində anadan olub. 1991-ci ildə Naxçıvan Dövlət Pedaqoji Universitetinin Tarix fakültəsinə daxil olub. Elə həmin vaxtlardan da jurnalistikaya meyl göstərib. 1993-cü ildən ailə vəziyyəti ilə əlaqədar olaraq təhsilini Azərbaycan Dövlət Pedaqoji Universitetində davam etdirib. 1995-ci ildə bu universitetdə təhsilini başa vurub. Sonradan Bakı Dövlət Universitetinin Hüquq fakültəsində ikinci təhsil alıb.
Ciddi jurnalistlik fəaliyyətitnə başlayan X.Baxşəliyeva ilk uğurlarına 1997-98-ci illərdə nail olub. 1998-ci ildə «Üç nöqtə» qəzetini təsis edib və onun baş redaktoru kimi fəaliyyətə başlayıb. Bir ildən sonra qəzet «Yeni nəsil» Jurnalistlər Birliyi tərəfindən «İlin debutantı» mükafatına layiq görülüb. Bundan sonra qəzet və onun baş redaktoru onlarla mükafat alıb: «İlin jurnalisti», «Peşəkar jurnalist», Vətənpərvər jurnalist», «Mübariz qəzetçi» və s. O, «Media-2005» seçki blokunun təşəbbüskarlarından və ən fəal üzvlərindən biri olub.
2004-cü ilin fevralında Dünya Azərbaycanlılarının Köln Konqresində qurumun fəxri üzvü seçilib. 2005-ci ildə isə Azərbaycan Prezidentinin sərəncamı ilə mətbuatın inkişafındakı xidmətlərinə görə «Tərəqqi» medalı ilə təltif olunub.
ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısıdır.
Zaur adlı bir oğlu var.    

***
13 yanvar Xoşqədəm Hidayətqıznın ad günü olduğu üçün Modern.az saytının fəaliyyətə başladığı ilk gündə yayımlanan bu fotosöhbəti təkrar diqqətinizə çatdırırıq...

Doğulduğum Narışlar kəndi. Böyük qardaşımın qucagındayam. İndi nə Narışlar var, nə də o qardaşlarım…

Naxçıvan Dövlət Universitetində oxuyarkən: Otaq yoldaşım Leyli. O illərin ən unudulmaz xatirəsidir, bu şəkil.

Hər il yay tətilimi qardaşımın yanında, Sankt-Peterburqda keçirirdim.

Tələbə yoldaşlarımla. Artıq Naxçıvana "əlvida" deyib təhsilimi Bakıda davam etdirirəm.

 

Milli Məclisin  spikeri Murtuz Ələsgərov 8 Martda parlamentə akkreditə olunan xanım jurnalistləri təbrik etdi. Sonra da xatirə şəkli çəkilir…1998-ci il.

 

Mətbuatın qaynar dönəmi, "Ekspress"də qəzetində çalışıram. MM-in foyesində Mirmahmud Mirəlioglundan müxalifət-iqtidar münasibətlərilə bağlı müsahibə alırıq. 1998-ci il. 

 

O zaman “Vətəndaş Həmrəyliyi” qəzetində çalışırdim. Bəxtiyar Vahabzadə ilə ilk tanışlığım Milli Məclisin foyesində baş tutdu.1997-ci il.

 

“Gülüstan” sarayı. Türkiyə səfirliyinin təşkil etdiyi Cümhuriyyət bayramı törənində. 1997-ci il. "Ekspress"də çalışırdım.

 

Türkiyə Böyük Millət Məclisi. Hikmət Çətinlə müsahibədən sonra xatirə şəkili çəkdirdik. 1998-ci il.

 

Mərhum Ecevitin iş otağında, müsahibədən sonra. 1998-ci il.

 

 

Artıq “Üç nöqtə” fəaliyyətə başlayıb. Zaurumu “Üç nöqtə” ilə birgə böyüdürəm. 1999-cu il.  


Xarici ölkələrə baş redaktor kimi səfərlərim başlayır. İllərlə həsrətini çəkdiyimiz Arazın o tayında - Cənubi Azərbaycanda. Buradan İraqa gedirəm. 1999-cu il.

 

İraqda Məhəmməd Füzulinin qəbrini ziyarət edərkən. 1999-cu il.  

 

 

Abdulla Öcalanın məhkəməsini izləmək üçün Mudaniyadayam. Mətbuat Mərkəzində rusiyalı həmkarlarımla xatirə şəkili çəkdiririk. 1999-cu il. 

 

 

Quzey Kıprıs Türk Cümhuriyyətinin lideri Rauf Denktaşın qonağıyıq. 1999-cu il.

 

İstanbul Sammiti zamanı mərhum Prezident Heydər Əliyevlə görüşə bildim. 1999-cu il.

 

Sammitdə o illərdə Azərbaycan Neft Şirkətinin vitse-prezidenti İlham Əliyevdən müsahibə götürdüm və sonra da xatirə şəkili çəkdirdik. 1999-cu il.

 

Press klub. Mətbuatın və siyasətin qaynar dönəmi. “Azadlıq” qəzetinin keçmiş baş redaktoru Gündüz Tahirli də o zaman bizim sıralarımızda idi... 2000-ci il.

 

Bakı Hava Limanı. Elcibəyin cənazəsini gözləyirik. 2000-ci il.

 

“Üç nöqtə”nin kollektivi paytaxtımızın yaşıllaşdırılmasında da fəaldır. 2004-cü il. 

 

Səddam Hüseynin müavini Təha Yasin Ramazanı çətinliklə müsahibəyə razı sala bildim. Bir neçə aydan sonra isə müharibə başladı. 

 

Dünya şöhrətli siyasətçi Şevardnadzenin evində. 2004-cü il. 

 

O zaman Abdullah Gül xarici işlər naziri idi. 2004-cü il. 

 

Bu da əməyimə verilən qiymət. Cənab Prezident İlham Əliyev tərəfindən “Tərəqqi” medalı ilə təltif edildim. 2005-ci il.  

 

Türkiyənin Baş naziri Rəceə Tayyib Ərdoğandan böyük çətinliklə görüş ala bildim. Onun Almaniyaya rəsmi səfərə yola düşməsinə cəmi 3 saat qalmışdı. Amma yenə də bacardım... 2005-ci il.

 

ABŞ-da səfərdəyəm. O zamankı səfirimiz Hafiz Paşayevin görüşünə getdim... 2001-ci il. 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu