23Oktyabr | Ana Səhifə - Yazılar - “Qazınızı" alanlar
“Qazınızı" alanlar

Məhsəti Şərif


Bir neçə gündü Azərbaycanda, xüsusilə Bakıda  yağan yağışların fəsadların izləyirəm. Doğrusu mənə yad mənzərə deyil.  Beş il əvvəl payız yağışında dizə qədər suyun içində işə gəldiyim Bakıdır. Yağışda, qarda, küləkdə insanların daha da çətinləşən sosial problemlərini gözümlə görüb, ən ağırını yaşayan insan kimi indi uzaqda oturub danışmaq, yazmaq asandır  ittihamlarını bu  başdan rədd edirəm.  Bakı Azərbaycanın aynasıdır! Əvvala paytaxdır və bəyənmədiyimiz ərəb turistlər üçün belə, meqopolisdir.


Azərbaycanın döyünən ürəyi bir yağışla iflic olacaqsa, o zaman bu işən məsuliyyətli orqanların hələ də arsız-arsız susmasına təəccüblənirəm. Biz nə karıq, nə də kor. Kanalalizasiya xətlərinə ayrılan vəsaitlərdən də xəbərimiz var.  Xarici şirkətlərə saldırdığınız yollara ayrılan pullardan da. Məmurlar şəffaf işləməsə belə, prezident ayırılan pulları açıq-aşkar söyləyir. Buna görə də işdən sorumlu olan Bakı Şəhər İcra Hakimiyyəti, “Azəravtoyol” ASC üzərinə düşən vəzifəni ayrılan pula layiq yerinə yetirməlidir.


Yağış, qar təbiət hadisəsidir. Onun qarşısını hədə-qorxu ilə almaq olmur. Göydən iki damla su düşən kimi insanların canına titrəmə düşür, gözü qaralır. Sözün həm məcazi, həm də əsl anlamında. Enerji satan, qaz satan ölkəmin vətəndaşı qaszız işıqsız qalır. Bu biabırçılığı aradan qaldırmaq yerinə isə adiyyatı qurumlarda mətbuat sözcüsü olan dəyərli həmkarlarımın açıqlamalarına gülürəm. Həm də onlara bu açıqlamanı verdirən məsul şəxslərin xalqla alay etdiklərini görürəm.

Bəli, haqlısınız dünyada da normadan artıq yağış yağanda belə problemlər ortaya çıxır. Amma hansı ölkələrdə? Ona da diqqət yetirməyi unutmayın. Dünyanın hansı ölkəsində yağışda qaz, işıq verilmir? Hələ bu ölkə basqalarına onları satırsa? Umumiyyətlə, hansı ölkədə cavabdeh şəxs çıxb deyir "Qaz var, pəncərələri açıq qoyduqlarına görə üşüyürlər". Bu məntiqə necə gəldiklərini üç gündü düşünürəm. Deməsi ayıb olsa da,  sanki bütün ölkə menopoza girib, bir tərəfdən isinib, bir tərəfdən soyuyur. Bu lap baş nazirimizin "duzlu xiyar" məsələsinə bənzədi. Cənablar, siz ayıb deyə, bir söz var onu bilirsiz? Bir millət vəkilimiz isə məsələyə şairanə yanaşıb, yağışla müstəqillik tariximizi bağlaşdırmışdı.


"Acın toxdan nə xəbəri var" desək, deyəcəklər yoxsyl duyğusallıgı etmə. Amma bilirəm ki, yataqxanada yaşayan yaşlı anamın  evində qazı yoxdu. Yağışda və küləkdə 15 gün işıqsız qaldığı olub. İsindiyi yeganə vasitə  elektirik peçi olduğuna görə durumunu siz təsəvvür edin. Yüzlərlə də onun kimi insanı düşünün. Əgər düşünmək sizə sərf edirsə...


Bəlkə də sıradan bir söz və ya yazı olacaq. Yazdıqlarımla yenilik-filan da gətirməyi düşünmürəm. Amma villada oturub, evində qaz alov kimi çıxan, qaranlığın nə olduğunu yalnız gecə göy üzünə baxanda bilən məmur ayağı dizinə qədər suyun içində soyuqlayan kasıbı necə anlasın? Şəhərin ən lüks yerində oturan, ovladı sürücüsü ilə özəl məktəblərə gedən məmur Binəqədidə atasının belində dənizə dönmüş məhəlləsindən keçib məktəbə yollanan şagirdi necə anlasın? Önündə yardımçıların işlədiyi, restoranlardan xüsusi yeməklərin gəldiyi evdə yaşayan məmur yoxsul analarımın övladına bir yumurta bişirmək üçün saatlarla qazın önündə durduğunu hardan anlasın?


Anlamazlar! Anlamadıqları üçün də xalqla alay edərlər.  O zaman da biz soruşaq, cavab almasaq da... Cənab məmur hər il yola, qaza, suya, vətəndaşın adam kimi yaşaması üçün büdcədən ayrılan o milyonlarla pul hara gedir? Əgər bəh-bəhlə xaricdən gətirdiyininiz mütəxəssilərin cəkdiyi yollar bu hala düşəcəksə, o zaman bizimlə olan dərdiniz nədir?  Əgər bu gün mənim insanıma qaz, işiq yetmirsə,  o zaman Gürcüstandakı Aşot niyə mənim ölkəmin qazına isinməlidir? Bir payızdan, qışdan üzüağ çıxa bilmirsinmizə, o zaman niyə kreslolarda yer tutumusunuz? Xalqın dərdini anlamayıb “qapı-pəncərəni bağlayın” deyəcəksənizsə, o zaman niyə varsınız?
Biz nə bu suallara cavab alacağıq nə də isti yerdə oturub soyudan donan insanın dərdindən anlamayan məmurda insaf görəyəcyik. Onlar "qazlandıqca" bizim "qazımız" alınacaq. O üzdən yorğanınınızı qalın edin, bu qışdan sağ çıxın. Ölmək də kasıb işi deyil, bunu məzar yeri var, qəbir daşı var, ehsanı var... 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv