Modern.az

M.Mərdanov: «Yerli icra hakimyyəti orqanları işlərimizə qarışmasınlar»

M.Mərdanov: «Yerli icra hakimyyəti orqanları işlərimizə qarışmasınlar»

4 Sentyabr 2009, 11:57

«Bizdə olan məlumatlara görə, bəzi rayonlarda yerli icra hakimiyyəti orqanları müəllimlərin əmək haqqının bir faizini tutaraq, bununla uşaq fondu yaratdıqlarını bildirirlər. Bu addım tamamilə qanunsuzdur. Belə bir addım atanlara qarşı qanun çərçivəsində tədbirlər görüləcək».
Mödern.az bildirir ki, bu sözləri dünən jurnalistlərə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, belə addım atan şəxslər qanun qarşısında məsuliyyət daşıyır: “Bu məsələ araşdırılacaq. Bu qanunsuz addımlara qarşı tədbirlər görəcəyik”.
M.Mərdanov bəzi rayonlarda məktəb direktorlarının, icra hakimiyyəti orqanlarının şagirdlər üçün məktəbli formaları satmaları barədə məlumatların olduğunu da deyib.: “Məktəbin, icra hakimiyyəti orqanının məktəbli forması məsələsinə müdaxilə etməyə haqqı yoxdur».

 

 

Aqil LƏTİFOV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi