Modern.az

Azərbaycanın mineral sularının atlası hazırlanır

Azərbaycanın mineral sularının atlası hazırlanır

4 Sentyabr 2009, 17:50

Milli Elmlər Akademiyasının Geologiya İnstitutunda Azərbaycanın mineral sularının atlası hazırlanır. Bu barədə Modern.az-a adı çəkilən institutdan məlumat verilib.Geologiya İnstitutundand bildiriblər ki, atlasın hazırlanması ilə əlaqədar mineral sularımızın kəmiyyət və keyfiyyət parametrləri öyrənilir. Pasportlar hazır olandan sonra parametrlərində qeyri-adi, maraqlı xüsusiyyətlər müəyyən olunan geoloji obyektlər “geologi təbiət abidəsi” adını alacaq. İnstitutun Hidrogeologiya və mühəndisi geologiya şöbəsinin rəhbəri, geologiya-mineralogiya elmləri doktoru Yusif İsrafilovun sözlərinə görə, bu istiqamətdə aparılan tədqiqat çərçivəsində İsmayıllı rayonunun Tircan kəndindəki “Bədo” adlı bulağın suyunun tərkibi öyrənilib.  "Bədo" pasportunu gözləyən obyektlərdən biridir. Böyrək, mədə-bağırsaq və öd kisəsində xəstəliyi olan insanlar köhnəlmiş yumurta iyi verən bu sudan içib şəfa tapır, həmçinin bu su həzm prosesinə də kömək edir. Laborator analizin nəticəsindən aydın olub ki, "Bədo"  hidrokarbonatlı, kükürd qazlı (H2S) mineral sudur. 
İsmayıllı əhalisi "Bədo"nu iyinə görə Dəvəçi rayonundakı Qalaaltı quyusunun suyu ilə eyni tipli hesab edir. Lakin alimlər onların tərkibində xeyli fərqlərin olduğunu qeyd edir. Belə ki, Qalaaltı suyunda maqnezium, həll olmuş üzvi maddələr - fenol, alifatik turşular, bitum və s. tərkiblər vardır, "Bədo"da isə yoxdur.
Ölkəmizdəki bütün termal və mineral sular kimi Bədo suyunun da Yerin hansı dərinliyində və nə vaxt formalaşdığı məlum deyil. Alimlərimiz bu istiqamətdə böyük səylə tədqiqatlar aparsalar da hələ dəqiq nəticə əldə olunmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır