Modern.az

Peyvənd olunmayan zəvvarlar Həcc ziyarətinə buraxılmayacaq

Peyvənd olunmayan zəvvarlar Həcc ziyarətinə buraxılmayacaq

5 Sentyabr 2009, 12:20

Dünyada A(H1N1) "donuz qripi" virusunun yayılması səbəbindən, Səudiyyə Ərəbistanına müqəddəs Həcc ziyarətinə gələn zəvvarlar arasında həmin xəstəliyin qarşısının alınması məqsədi ilə bu ölkənin Səhiyyə Nazirliyi tərəfindən bir sıra təkliflər hazırlanıb.
Belə ki, ziyarətə gələn əcnəbi zəvvarların yaş həddinə müəyyən məhdudiyyətlərin qoyulması tövsiyə olunub, 12 yaşdan kiçik və 65 yaşdan böyük zəvvarların Ümrə və Həcc ziyarətinə gəlməsi məqsədəuyğun hesab olunmayıb.
Bundan əlavə Həcc Ziyarətinə gəlmək istəyən zəvvarlar mövsümi qripə qarşı peyvənd olunmalı və H1N1 virusunun yayılması intensivliyindən asılı olaraq ayrıca qərar qəbul olunarsa, bu xəstəliyə qarşı da peyvənd olunmalıdırlar.
Yalnız peyvənd olunmaları haqqında təsdiqləyici sənədi olan şəxslərə Səudiyyə Ərəbistanının xaricdəki konsulluqları tərəfindən viza veriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi