Modern.az

Otellərin ulduzu sönür

Otellərin ulduzu sönür

7 Sentyabr 2009, 16:39

BƏZI BEŞULDUZLU OTELLƏRDƏ XIDMƏTIN SƏVIYYƏSI TƏLƏBLƏRƏ CAVAB VERMIR 

Azərbaycanda fəaliyyət göstərən bir neçə otelin ulduzu bu ilin sentyabrında geri alınacaq. Bunu mədəniyyət və turizm naziri Əbülfəz bildirib. Nazir bir neçə otelin yüksək səviyyədə xidmət göstərmədiyini, eyni zamanda bəzi mehmanxanaların lisenziyasız işlədiyini vurğulayıb. Ə.Qarayev paytaxtdakı otel və mehmanxanalarda qiymətlərin dəyişilməz qaldığını, yalnız bölgələrdə 15-20 faiz azaldığını qeyd edib. Xatırladaq ki, hazırda Azərbaycanda 500 otel fəaliyyət göstərir ki, onların da 165-i Bakıda yerləşir. Bu obyektlərdən 70-dən çoxunun ulduzu var, Lakin ölkədə xidmət göstərən otellərin cəmi 300-ü lisenziya alıb. Paytaxtın mərkəzi küçələrində yerləşən “The Landmark”, “Royal Park Hotel”, “Qala” və bir sıra məşhur hotellərin lisenziyasız fəaliyyət göstərdiyi açıqlanıb.
Mədəniyyət və turizm naziri Ə.Qarayev turizmin inkişaf etdiyi ölkələrdən fərqli olaraq Azərbaycanda sahibkarların tikinti layihəsini həyata keçirəndən sonra lisenziya və sənədləşmə məsələsi haqda düşündüklərini deyib. Üstəlik mehmaxanalarımızda əcnəbi rəhbərlərin günbəgün artdığı, yerli kadrların isə azaldıgı müşahidə olunur. Maraqlıdır, bu günə qədər həmin otellər niyə lisenziyasız fəaliyyət göstərib?
Modern.az saytının əməkdaşı Bakının bir neçə otel və mehmanxanalarına baş çəkib, bəzi məslələri araşdırmağa çalışıb.

Lisenziyasız otellərdə qiymətlər bahadır

İlk baş çəkdiyimiz obyekt Nizami küçəsi-96 ünvanında yerləşən “The Landmark” oteli oldu. Burada müştəri qıtlığı müşahidə olunurdu. Otel beşulduzludur və qiymətləti daha çox xarici turistlərin cibinə münasib hesab etmək olar. “The Landmark”ın qapıları yalnız xarici şirkətlərin işçilərinin üzünə. Otelin bir müştəri üçün günlük xərci 165 manat müəyyən edilib. “Reseption”da çalışan xanımın sözlərinə görə, 165 manatın üzərinə 18 faiz vergi də gəlir. Nəticədə “The Landmark”da bir günlük otel xərci 205 manata çatır. Eyni sözləri T.Əliyev küçəsində yerləşən “Royal Park” və Natavan döngəsindəki “Qala” otellərinə də şamil etmək olar. Şübhəsiz ki, qiymətlərin “ceyran belində” olması otellərinin dünyada tanınmasına və bu sektorun inkişafına mane olmaya bilməz.

Televizorlu otaqlar bahadır

Bakıda şəraitsiz, xidmət səviyyəsi aşağı olan turizm obyektləri çoxdur.  Metronun “Sahil” stansiyası yaxınlığındakı “Cənub”, “Xətai” yaxınlığındakı “Araz” otelləri də bu siyahıya daxildir. Bununla belə, həmin mehmanxanalarda qiymətlər heç də xidmətlə uzlaşmır. “Cənub” mehmanxanasında ikinəfərlik otaq yoxdur. Oteldə qalmaq istəyən ər və arvad gərək ayrı-ayrı otaqlarda yerləşsinlər. Bu da ikiqat xərcə düşməkdir. Oteldə bir günlük qalmağın xərci 30-50 manat arasında dəyişir. “Reseption”dan dedilər ki, oteldə 50 manatlıq otaqlar da var, amma oəmin otaqların digərlərindən fərqi onlarda televizorun olmasıdır. “Cənub”  da müştəri sarıdan əziyyət çəkir.

Qonşu ölkələrdə otellər daha ucuzdur

Qlobal maliyyə böhranı Azərbaycanda otel biznesinə də mənfi təsir göstərib. Bununla belə, Bakıda fəaliyyət göstərən elə otellər də var ki, böhrana “meydan oxuyur”. Respublikamızda turizm sektorundakı qiymətlər qonşu Gürcüstan və Türkiyəyə nisbətən bahadır. Türkiyədə yeni tikilmiş otellər 10 il vergidən azad olunur. Bu imtiyaz turizm sektorunun inkişafı üçün nəzərdə tutulub.
Mədəniyyət və Turizm Nazirliyi mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov Modern.az-a bildirib ki, bütün turizm obyektləri qanuna riayət etməlidir: “Qanun hamı üçündür. Biz lisenziyasız otellərin fəaliyyətini dayandırmaq istəmirik. Sadəcə, həmin otellər sənədlərini qaydaya salmalı, fəaliyyət göstərmək üçün lisenziya almalıdırlar. Bəzi otellərin ulduzunun əlindən alınması turist axınının qarşısını almayacaq. Ulduzların alınması otel və mehmanxana biznesinə o vaxt ziyan gətirər ki, xarici turist gəlib beçulduzlu oteldə 3 ulduz səviyyəsində xidmət görsün. Hazırda beçulduzlu otellər var ki, 2 və 3 ulduz səviyyəsində fəaliyyət göstərir. Biz həmin otellərin ulduzunu 1-2 rəqəm aşağı salacağıq”,

 

Emil Salamoğlu

 

 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir