Modern.az

Səhiyyə Nazirliyi həkimlərin imtahanını keçirəcək

Səhiyyə Nazirliyi həkimlərin imtahanını keçirəcək

7 Sentyabr 2009, 18:15

Avqustun 1-dən 31-dək Səhiyyə Nazirliyində həkimlərə ixtisas dərəcələrinin verilməsi ilə bağlı sənəd qəbulu həyata keçirilib. Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, sentyabrın ayında həkimlərə terapiya, pediatriya, cərrahiyyə, mamalıq-ginekologiya ixtisasları üzrə və təcili təxirəsalınmaz tibbi yardım üzrə ixtisas dərəcəsinin verilməsi üçün imtahan keçiriləcək.
Səhiyyə Nazirliyindən ixtisas dərəcəsi almaq istəyən həkimlərin sayı barədə məlumat verməkdən imtina ediblər. İmtahanın vaxtına gəldikdə isə nazirlikdən onun hələ dəqiqləşdirilmədiyini bildiriblər.
Qeyd edək ki, ixtisas dərəcəsinin verilməsi könüllülük prinsipi əsasında həyata keçirildiyindən, həkimlər imtahana qatılmağa həvəs göstərmirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı