06May | Ana Səhifə - Yazılar - Səksən yaşlı buynuzlu
Səksən yaşlı buynuzlu

 

Vüqar Tofiqli

Onunla tez-tez danışırıq. Hər dəfə ekspromt və  yaddaqalan cavabları ilə diqqətimi çəkib.

Sonuncu telefon danışığımz isə daha maraqlı alınmışdı. Yubiley tədbiriylə bağlı  suallarıma  verdiyi cavablara  birlikdə diqqət yetirək.

-          Ağsaqqal, tədbir saat neçədə olacaq?

-          Dəqiq bilmirəm, amma saat yeddidə olmasını istərdim.

-          Tədbirdən sonra bədii hissə olacaqmı? - banketi nəzərdə tutub soruşuram.

-          Onu deyə bilməyəcəyəm, çünki bilinmir hələ.

-          Nə oldu belə, ay ağsaqqal, hər şey “pod vopros” qalıb.

-          Ey, ay Vüqar, bu gün dünyanın özü “pod vopros” qalıb. Sən nə qoyub, nə axtarırsan.

 

***

Çapa verdiyim son kitabı göz gəzdirdiyim zaman ora daxil etdyim yazıların daha çox  üç  mövzuda olduğunun bir daha şahidi oldum.

Doğma Qarabağ, Rafiq Əliyev və  bu günlərdə ömrünün səksəninci onliyini tamamlayan Musa Yaqub.

Hər üç mövzunun sanki yaradıcılığımın, əgər belə demək mümkündürsə, ana xəttini təşkil edirmiş. Etiraf edim ki, bu məqamı bugünədək heç özümdə bilmirdim...

Musa Yaqub yaradıcılığını təhlil etmək üçün ən azı onun səviyyəsində olmalısan.  Ona görə özümü Musa Yaqubun yaradıcılığı ilə bağlı hər hansı söz demək iqtidarında hesab etməsəm də,  yazdığım yazılarda onu bir insan olaraq tanımağa və tanıtmağa çalışmışam.

Özü haqqında yazdığım yazıları oxumasa da qardaşıağası Rafiq Əliyev haqqında olan yazıları oxumamış deyil. Hətta sonuncu yazı barəsində fikirlərini də bildirmişdi.

İndiki məqamda səksəni tamamlayıb üzü doxsana yola düşən Musa Yaqub xarakterinə bir daha qayıtmaq istərdim.

***

Beş il  bir kollektivdə çalışdığımdan 80 yaşlı Musa Yaqubun səkkiz istiqamətdə həyat portretini çəkmək niyyətim var. Nə dərəcədə aldıra biləcəyimi zaman göstərəcək.


1. Musa Yaqub vətənini ürəkdən sevən, ona heç vaxt xəyanət etməyən bir insandır. Bütün yaradıcılığıyla dövlətinə bağlı şairdir.


2. Musa Yaqub əyilən adam deyil,  ürəkdən gəlməyən fikirləri heş vaxt qələmə almayıb. Şəxsən mən buna dəfələrlə şahidi olmuşam. Onun üçün pul əsas vasitə olsa da, heç  də hər şeyi həll etmir.


3. Musa Yaqub  çox həssas adamdır. Mərhum həyat yoldaşının ağır vaxtlarında onun nələr çəkdiyini, ailəsinə necə bağlı bir insan olduğunu şahidi olmuşam.


4. Musa Yaqub ona pislik edəni yadda  saxlamır. Kimin hansı sözü, hansı mənayla dediyini  isə göydə tutsa da, üzə vurmur. Ötürür. Amma məqamında fikirlərini deyir.


5. Musa Yaqubun daim eyni vəzifədə çalışıb. Bununlada fəxr edir. Baxmayaraq ki, arada raykomun büro üzvü olub, qəzet redaktoru  və QHT sədri də işləyib. Hətta bir ara Milli  Məclisdə təmsil olunub.

Amma açıq etiraf edək ki, harada işləməsinə baxmayaraq, o  öz ürək vəzifəsinə xəyanət etməyib və onu bir an belə  tərk etməyib.

6. Musa  Yaqub Allahın istədiyi bəndədir. Allah daim istədiyi bəndələri sınağa çəkdiyi kimi onu da tez tez sınağa çəkir. Sınaqdan üz ağ çıxdğına görə, bu gün cəmiyyət onu elə  əsil “Xalqın şairi” kimi tanıyır.

7. Musa Yaqub dözümlü insandır. Dünyanın çox gərdişinə sinə gəlib. Çalxalanıb, çalxalandıqcada saflaşıb və nəticə də 80 yaşını tamam edib.


8. Musa Yaqub sədaqətli insandır. O doğma Buynuz kəndinə bağlı olub. İlin  xeyli vaxtını kəndində keçirib, onu unutmayib, elə bil mənzərəli həyətində “Qara daşın göyərməsini”  bu gündə  gözləyir.

Bu gün Musa Yaquba nə arzu edərdim?

“Buynuz”lu şairə ən böyük arzum can sağlığı və sədaqətli dostlarıyla daha böyük zirvələri fəth etməyi arzu edirəm. 

 

SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?