Modern.az

Bakıda 1 sotu 25 min dollara torpaq satılır

Bakıda 1 sotu 25 min dollara  torpaq satılır

Qarabağ

14 Sentyabr 2009, 13:37

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyi Bakının torpaq bazarında keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. İctimai birlikdən Modern.az-a  torpaq sahələrinin ipoteka prosesində girov predmeti kimi qəbul olunmaması daşınmaz əmlak subyekti kimi mülkiyyətin bu növünə olan marağı xeyli zəiflədib.

2009-cu ilin avqust ayı ərzində bazara təklif olunan ümumi 820,8 hektar torpaq sahəsinin 76,1%-ni boş, qalanını isə qeyri-yaşayış və köhnə yaşayış sahələri təşkil edib.

Torpaq bazarının şəhərətrafı və paytaxtdan kənar ərazilərə doğru genişlənməsi tendensiyası avqust ayında bir qədər də genişlənib. Ay ərzində torpaq üzərində bağlanan alqı-satqı əqdlərinin sayında müvafiq olaraq azalma müşahidə olunub və bazarın aktivliyi əvvəlki aya nisbətən mənfiyə doğru dəyişib.

Bazarda torpağın ekspozisiya müddəti əvvəlki ayla müqayisədə 1,3% artaraq 237 günə çatıb. Yaranmış vəziyyət əsasən bazarda tələb və təklifin strukturunun tərs mütənasib dəyişməsi və son aylar iqtisadi böhranın ölkənin torpaq bazarına mənfi təsiri nəticəsində meydana çıxıb. Bu tendensiya mövsümlə əlaqədar bir qədər də dərinləşib.

Avqustda Bakı şəhəri üzrə torpaq bazarında orta qiymətlərdə azalma müşahidə olunub. Ay ərzində bazara çıxarılan 1 sot torpağın orta qiyməti 7 % azalaraq 18791 dollardan əviyyəsindən 17474 dollara enib.

Monitorinq zamanı müəyyən olunub ki, ay ərzində şəhərətrafı və şəhərdən kənar rayonlarda torpaq üzərində aparılan əməliyyatlar şəhərin mərkəzinə nisbətən çox olsa da, qiymət azalması da əvvəlki aylarda olduğu kimi daha çox III və IV zonalarda baş verib.

Şəhərin mərkəzində qiymətlərin həddən artıq yüksək olması I və II zonalarda tələbin aşağı düşməsi ilə paralel qiymətlərin də azalmasına səbəb olub. Amma III və IV zonalarda təklifin çox olması, tikintinin tempinin aşağı enməsi nəticəsində torpağa olan tələbin sürətlə azalması bu zonlar üzrə qiymətlərin daha çox enməsinə təkan verib. Ən çox qiymət azalması Sabunçu (-11,4%) rayonunda qeydə alınıb. Ötən aylardan fərqli olaraq avqustda yalnız Səbail rayonunda torpağın qiymətində artım (3,8%) baş verib.

Bütün bunlarla yanaşı, hazırda torpaq bazarında nisbətən aktiv rayonlar sırasına Binəqədi və Nərimanov rayonları başçılıq edirlər. Ən passiv rayon isə ötən aylar olduğu kimi Nəsimi rayonudur.

Ay ərzində bazara təklif olunan ən bahalı torpaq sahəsi Nəsimi (H.Əliyev sarayının yaxınlığı) rayonunda (1 sot üçün 250 min dollar), ən ucuz torpaq sahəsi isə Suraxanı (Hövsan qəsəbəsi) rayonunda (1 sot üçün 250 dollar) qeydə alınıb.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir