04 Noyabr 2017 | Ana Səhifə - Yazılar
Ölüb yerə girmirsiniz də...

Vasif İsmayıl


Şəffaf divarlar və ya divarların o biri tərəfini görə bilərikmi?

Mənim uşaqlığım kitablarla keçdi. İndi nə var ki?! İnternet var. İstədiyiniz məlumata asanlıqla çatırsınız.

Bizim uşaqlığımızda xəyal qurmaq üçün ancaq kitablar var idi. Bir də "Kapitan Qrantın uşaqları" filmi.

Bizim xəyalını qurduğumuz şeylərdən birisi görünməz adam idi. Bəlkə də oxumusunuz. Adamın biri dərman içir və....görünməz olur. Yəni, şüşə kimi şəffaf.

Bir də biz, uşaq ikən danışırdılar; amerikalılar divarın o biri tərəfini görən cihaz kəşf ediblər. Hətta Sovet vaxtı belə amerikalıların texnologiyada ruslardan qabaqda getdiyini bilirdik. İndi bəzi axmaqlar "urusdarın" sözgəlişi "nailiyyətlərini" öyə-öyə bitirmir.

Nə isə.

Əvvəllər inanmırdım. Məgərsə, həqiqətən də divarın, daşın o biri tərəfini görən cihazlar var imiş.

Yəqin bilirsiniz, insanın içinə baxmaq üçün rentgen şüalarından istifadə edirlər.

Amma rentgen şüaları 2-3 cm qurğuşundan keçə bilmirlər.

Ondan daha da güclü olan qamma şüalarıdır. Onlar isə 6 metrlik poladı keçə bilmirlər.

Bəs divarı necə, keçə bilən şüa vardır mı?

Var.

Kosmosda güclü radiasiya var. Uzaq qalaktikalarda ulduzların daxilində, ya da başqa mənbələrdən bu gün elektrik cihazlarında hərəkət edən elektron deyə bildiyimiz cisimlərin bir ekizi var. Adına müon deyirlər.

Müonlar elə elektron kimi hissəciklərdir. Amma onlardan bir az daha ağırdırlar.

Hər saniyə kosmosdan başımıza1 kvadratmetr sahəyə 150 müon hissəciyi yağır.

Divar nədir, dağlardan keçirlər.

Hər hansı bir cismin altına müon hissəciklərini qeydə alan detktor yerləşdirib o cismin daxilinin şəklini dəqiqələr ərzində çəkmək olar. Ulu kosmos bizə yardımçı olur, bir sözlə.

Avropada sərhəd keçən dostlar yəqin vardır. Orada yük maşınlarının girdiyi xüsusi qutular görmüşdüm.

Məgərsə, müon tomoqrafı imiş.

İstənilən yük maşınını bu detektorun üstünə yerləşdirərək kosmosdan gələn müon hissəciklərini qeydə almaq olar. Maşının içində ağır, yüksək sıxlıqlı bir şey varsa, müon hissəcikləri ondan keçə bilməyəcək.

Məsələn, siz terroristsiniz. Sərhəddən 1 kg uran keçirmk istəyirsiniz. Ya da civə.

Maşınınız bu detektora girdiyi zaman 2-3 dəqiqə ərzində onun daxilində nə gizlətdiyiniz aşkara çıxır.

Maşın nədir? Hətta vulkanların belə şəklini çəkə bilirlər bu metodla.

Elin insanı divarın o biri tərəfini görə bilir. Siz, hələ şalvar boyu və saqqal uzunluğunu ölçün. Bir də deyirlər ki, bığları 1 nömrəmi qırxmaq lazımdır, yoxsa 2 nömrə?!

Ölüb yerə girmirsiniz də...

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv