Modern.az

Bakıda ənənəvi bal sərgisi

Bakıda ənənəvi bal sərgisi

16 Sentyabr 2009, 12:48

Yaxın vaxtlarda paytaxtda arıçılıq məhsullarının respublika sərgi-satış yarmarkası keçiriləcək. Bu barədə Modern.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev məlumat verib. Onun sözlərinə görə, indi nazirlik yarmarkaya hazırlıq görür. Arıçılıq məhsullarının şəhərin hansı məkanında satışa çıxarılacağı hələ dəqiqləşməyib. Ola bilsin ki, bu dəfə də yarmarka Dənizkənarı bulvarda təşkil edilsin. M.Hcıyevin sözlərinə görə, artıq regionlardakı arıçılar bu barədə məlumatlandırılıb. Onların satışa çıxaracaqları məhsullar əvvəlcədən baytarlıq laboratoriyasında analiz ediləcək. Satışa bal, arı südü, çiçək tozu, vərəmum və digər arıçılıq məhsulları çıxarılacaq.

Qeyd edək ki, arıçılığın inkişafı üçün əlverişli coğrafi şərait və zəngin təbiəti olan Azərbaycanda hazırda 126 min arı ailəsi var. Onlardan 1000-i Kənd Təsərrüfatı Nazirliyinin tabeçiliyində olan müəssisələrdə, qalanları isə fərdi təsərrüfatlarda saxlanılır. Xatırladaq ki, hər il Azərbaycanda 10 min tondan çox bal istehsal olunur. Hazırda ölkədə 3 mindən çox adam arıçılıqla məşğuldur.

       

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!