Modern.az

Gəncədə insan alverçiləri tutulub

Gəncədə insan alverçiləri tutulub

16 Sentyabr 2009, 14:08

Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Gəncə şəhər saiknləri Nigar Həsənova və Elvira Əhmədova saxlanılıb. Modern.az Daxili İşlər Nazirliyi mətbuat xidmətinə istinadən xəbər verir ki, saxlanılan qadınlar cinayət əlaqəsinə girərək, gəlir əldə etmək məqsədi ilə aldatdıqları digər qadınları Rusiya Federasiyasının Moskva şəhərinə aparıb cinsi istismara məruz qoyurmuşlar.
Daxili İşlər Nazirliyi İnsan Alverinə Qarşı Mübarizə İdarəsinin məlumatına görə, insan alveri ilə bağlı cinayətlərə görə , bu ilin I yarısında 134 nəfər məsuliyyətə cəlb olunub. Altı ayda qadınlara qarşı 95  belə cinayətl törədilib, həmin cinayətləri törədənlərin 92-si elə qadınların özləri olub.
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir