Modern.az

Prezident yəhudi icmasını təbrik edib

Prezident yəhudi icmasını  təbrik edib

Ölkə

17 Sentyabr 2009, 20:03

Prezident İlham Əliyev Azərbaycanın yəhudi icmasını bu xalqın milli yeni il bayramı - Roş-Ha-Şana münasibətilə təbrik edib. Təbrikdə deyilir: "Biz xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin, nümunəvi tolerantlıq mühitinin hökm sürdüyü müasir Azərbaycan cəmiyyətində etnik-mədəni müxtəlifliyi milli dövlətçiliyimizin əvəzsiz nailiyyəti kimi qiymətləndiririk. Dilindən, dinindən, etnik mənsubiyyətindən asılı olmayaraq hər kəsin insan hüquq və azadlıqlarının təminatı, o cümlədən ölkədə sabitlik, əmin-amanlıq və vətəndaş həmrəyliyi həyata keçirdiyimiz siyasətin prioritet istiqamətlərindəndir. Azərbaycan dövləti daim bu sahəyə xüsusi diqqət və qayğı ilə yanaşmış, respublikada bütün milli azlıqların, o cümlədən yəhudi icmasının etnik-mədəni özünəməxsusluğunun, adət-ənənələrinin qorunub saxlanılması, dil və mədəniyyətinin inkişafı üçün hərtərəfli demokratik, hüquqi şərait bərqərar edilmişdir.
Məmnuniyyət hissi ilə qeyd etmək istərdim ki, yəhudi əsilli vətəndaşlarımız hazırda böyük inkişaf və tərəqqi mərhələsini yaşayan ölkəmizin ictimai-siyasi həyatında, demokratik dövlət quruculuğu prosesində yaxından iştirak edirlər.
Əziz dostlar!
Roş-Ha-Şana yenilik, mənəvi saflıq, xoş müjdələr və həmrəylik bayramıdır. Qoy bu əziz gün həyatınıza sevinc, ailələrinizə səadət və firavanlıq gətirsin.
Bayramınız mübarək olsun!"


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir