Modern.az

Dünyanın dördüncü nüfuzlu cərrahiyyə mərkəzinin azərbaycanlı kordioloqu

 Dünyanın dördüncü nüfuzlu cərrahiyyə mərkəzinin azərbaycanlı kordioloqu

23 Sentyabr 2009, 20:54

 

Ölkəmizin hüdudlarından kənarda işləyən, təhsil alan azərbaycanlı gənclərlə əməkdaşlıq etmək, onların düşüncələrilə  tanış olmaq Modern.az saytının hədəflərindən biridir. Bu günlərdə redaksiyamızın qonağı olan İstanbulun Siyami Ersek Göğüs Kalp ve Damar Cerrahisi Mərkəzinin kordioloqu Yalçin Vəliyev də xaricdə işləyən gənc azərbaycanlılardandır.

Yalçin Vəliyev Bakıda anadan olub. İyirmi beş yaşlı bu gənc iki il Azərbaycan Tibb Universitetinin mülicə-proflaktika fakültəsində təhsil alıb. 2003-cü ildə Tibb Universiteti ilə İstanbul Dövlət Universiteti arasında əldə olunan razılıq əsasında o, təhsilini İstanbul Universtitetinin Cərrahpaşa Tibb Fakültəsində davam etdirib. İndi İstanbulda Siyami Ersek Göğüs Kalp ve Damar Cerrahisi Mərkəzinin kordioloqu olan həmyerlimiz Azərbaycanla Türkiyə təhsil sistemləri arasında ciddi fərq olduğunu deyir:

- Türkiyədə də Tibb Universitetini 6 il müddətində başa vurursan. Sonra ildə iki dəfə tibbdə uzmanlıq deyilən sınaqdan keçirsən. Türkiyədə tibbi təhsili olanlar bu imtahanlardan keçməlidirlər. Məzunlar nəticəyə uyğun olaraq ixtisasa yiyələnirlər. Orada belədir, 23-24 yaşında məzun sınaqdan keçdiyi xəstəxanada həkim kimi fəaliyyət göstərir. Deyim ki, 24-25 yaşında həkim işləmək orada adi hal sayılır. Bu sahədə daha 4-5 il çalışsan uzman adını alırsan.

Yalçin Vəliyev Azərbaycandakı tələbə yoldaşları ilə mütəmadi əlaqə saxlayır. İldə bir dəfə Azəbaycana gələrkən onlarla mütləq görüşür.

Həmsöhbətimiz çalışdığı mərkəzdən çox razıdır:

- Bu mərkəz böyüklüyünə görə, dünyada dördüncü, Avropada birincidir. İki ildir həmin mərkəzdə çalışıram və sərbəst olaraq exokordoqrammadan tutmuş xəstənin müainəsi və müalicəsinə qədər  hər işin öhdəsindən tam olaraq gələ bilirəm. Çünki mərkəzdə fəaliyyətə başladıqdan sonra mütəmadi olaraq xəstələrə baxmalısan. Təbii ki, çox xəstə cox təcrübə deməkdir. Bəlkə də cavan yaşda Azəbaycanda bu, mümkün olmaz. Yalnız xüsusi hallarda uzmana müraciət edirik.Ümumən işin 80-90 faizini özüm görə bilirəm.

Yalçin Vəliyev deyir ki, işlədiyi mərkəzə azərbaycanlı xəstələr tez-tez müraciət edirlər:

- Hamısı da problrmlərini tam həll etdikdən sonar geri dönürlər. Təsadüfi azərbacanlı xəstəyə rast gəlməmişəm. Tanışlar vasitısilə mənə müraciət edirlər. Amma orada xəstəxanaya tanış vasitəsilə, yaxud da tanışsız müraciət etməyin heç bir fərqi yoxdur. Ümumiyyətlə xəstələrə fərqli münasibət göstərilməsi düşüncəsi ola bilməz.

Sosial durumuna gəlincə, Yalçin Vəliyev  bildirir ki, tibb fakültəsində oxuduğu müddətdə yataqxanada qalıb. Daha sonra kirayə ev tutub. Müsahibimiz ona yardımçı olan İstanbuldakı baş konsulumuz Səyyad Salahlıya saytımız vasitəsilə təşəkkürümü bildirdi. 

Yalçin Vəliyev gələcəkdə  Azərbaycanda tibbin daha da inkişafına çalışacaq:

- Bir neçə il orada qalacam. Akademik karyeram barədə düşünürəm. Türkiyədə elmi araşdırmalarla məşğulam. Bir neçə elmi işim qəbul olunub. Elmi işim Türkiyədə məhşur tibbi jurnallarda çap olunacaq. Gələcəkdə elmi işləri daha da genişləndirmək istəyirəm. Sonra isə geri dönüb Azərbaycanda Tibb Universitetində təhsil verməyi planlaşdırıram. Azərbaycana təhsil vermək, bir də kordiologiyanı inkişaf etdirmək qarşıma qoyduğum əsas məqsədlərdəndir. Düşünürəm ki, biz gənclər bütün gücümüzü Azərbaycanın inkişafına yönəltməliyik. 

 

"Modern.az"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir