Modern.az

Hava limanına avtobus marşrutu niyə açılmır?

Hava limanına avtobus marşrutu niyə açılmır?

24 Sentyabr 2009, 10:54

Şəhərdən Heydər Əliyev adına Beynəlxalq Hava Limanına və əksinə avtobus marşrutu olmadığından aeroporta gedib-gələn sərnişunlər taksidən istifadə etməli olurlar. Aeroporta avtobusların işləməməsindən istifadə edən taksi sürücüləri bilərəkdən gediş qiymətlərinin qaldırıblar. Gecə saatlarında taksilərin gedişhaqqı bir qədər də baha olur. Məsələn, metronun “Əzizbəyov” stansiyası yaxınlığından hava limanına getmək adambaşına 3-4 manata başa gəlir. “Bakı sərnişin nəqliyyat” MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov Modern.az-a açıqlamasında bildirib ki, onlar sözügedən istiqamət üzrə avtobus marşrutunun açılması təklifi ilə dəfələrlə sahibkarlara müraciət ediblər. “Sonuncu müraciətimiz bir ay öncə olub və hər şey sahibkarların cavabından asılıdır. Daşıyıcılar razı olsalar, Heydər Əliyev adına Beynəlxalq Hava Limanına marşrut açıla bilər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir