Modern.az

Ağcabədinin cəbhə xəttindəki kəndində su problemi həll olunub

Ağcabədinin cəbhə xəttindəki kəndində su problemi həll olunub

25 Sentyabr 2009, 19:08

Ağcabədi rayonunun cəbhə xəttinə yaxın ərazidə yerləşən Yuxarı Qiyaməddinli və Mirzənağılar kəndinin 3500 nəfərlik əhalisinin içməli su problemi həll edilib. Bu, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) yerli hökumət orqanları və icma üzvləri ilə birgə həyata keçirdiyi tədbir nəticəsində mümkün olub.

"Hər iki kənd cəbhə xəttinə çox yaxın ərazidə yerləşir və Dağlıq Qarabağ münaqişəsinin təsirindən hələ də əziyyət çəkməkdədir. Kəndin infrastrukturu, xüsusilə də su təchizatı tamamilə bərpa olunmamış vəziyyətdədir" – deyə BQKX-nın Bərdə ofisinin rəhbəri Xurşida Mambetova bildirib.

Artıq məktəb və tibb məntəqəsi arasında yerləşən və hər iki kənd tərəfindən istifadə olunan su quyusu bərpa olunub. Nəticədə hər gün 650 nəfər məktəbli də təmiz sudan istifadə edə biləcək. Yaxınlıqda yaşayan 150 nəfər kənd sakini də içməli sudan istifadə imkanı əldə edib.

“Mülki əhalinin ətraflarında olan keyfiyyətli içməli su mənbələrindən istifadə etmək imkanı azdır. Kəndlərdə çoxsaylı artesian quyuları var, lakin onlar təmizlənməli və su təchizatı şəbəkəsi bərpa olunmalıdır". Bunu isə BQXK-nın bu layihənin yerinə yetirilməsində  məsul olan mühəndisi Bakir Quliyev deyib. Onun sözlərinə görə, yeni quraşdırılmış su anbarı və ümumi istifadə üçün nəzərdə tutulmuş su mənbəyi məktəblilərin və xəstələrin sudan davamlı istifadəsini təmin edəcək.

2008-ci ildən başlayaraq BQXK yerli hökumət orqanları və icma üzvləri ilə birgə Füzuli rayonunun cəbhə xəttinə yaxın ərazidəki Şükürbəyli kəndində də su təchizatı sistemini bərpa edib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu